Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi ilə bağlı 3,8 milyon manat ayırmağı tapşırıb.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
N.Abbasova