23 iyun tarixinə Azərbaycanda dövlət dəstəyi üçün müraciət edən koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş vergi ödəyicilərinin sayı 145,74 min təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Xüsusilə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 24,492 min vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 210,152 min nəfərdir (təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 96,28 mln. manatdır).
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 117,031 min vergi ödəyicisindən müraciət daxil olub (təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 62,91 mln. manat təşkil edir).
İyunun 23-nə 24,017 vergi ödəyicisinə 92,54 milyon manat, 105,052 milyon manat vəsaitin 62,68 min fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Xəbər verildiyi kimi, pandemiyadan ən çox zərər çəkmiş şirkətlərdə çalışan 304 min işçinin əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat ayrılacaq.
Bundan başqa, 300 minə yaxın mikrobiznes subyektinə 80 milyon manat ödəniləcək. Ödənişlərin məbləği 250 manatdan 5 min manata qədər təşkil edəcək.**
Ə.Məmmədov