Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində bir sıra obyektlərə baş çəkib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun, Gəncəçay çayı üzərində yerləşən körpünün bərpadan sonra açılışında iştirak edib, Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub, “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.*
B.Rüstəmbəyov