Azərbaycanda koronavirus infeksiyasına daha 547 yoluxma faktı qeydə alınıb. Bu barədə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib.
“Eyni zamanda, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib”, - deyə o, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə bildirib.
Hazırkı dövrədək ölkəmizdə 14,852 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8,059 min nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,274 min test aparılıb.*
N.Abbasova