BMT koronavirus infeksiyasının sosial-iqtisadi vəziyyətə mənfi təsirinin aradan qaldırılması üçün Azərbaycana texniki yardım göstərəcək. Bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai bildirib.
"Bu günə qədər biz Azərbaycanda həyata keçirilən müxtəlif sosial layihələrdə iştirak etmişik. Bundan başqa, Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) humanitar yardım göstərmişik”, - deyə o, bu gün keçirilən brifinqdə qeyd edib.
Q.İsakzainin sözlərinə görə, BMT, həmçinin pandemiya ilə əlaqədar Azərbaycana texniki yardım göstərməyi planlaşdırır. "Hazırda biz İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə danışıqlar aparırıq. Danışıqların əsas mövzusu sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycana texniki dəstəyin göstərilməsidir", - deyə o əlavə edib.*
X.Nəsirzadə