2020-ci ilin yanvar-may aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 3,5% - 14 milyard 765,7 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Azalma aprel-may aylarında4 bankın lisenziyasnın ləğv edilməsi ilə əlaqədardır.
İyunun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 84,8 milyon manat (ilin əvvəlindən azalma 14,8% - İF) və ya bütün kreditlərin 7,3%-ni təşkil edir.
İyunun 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 571,2 milyon manat (artım 0,4%) və ya bütün kreditlərin 17,4%-i, özəl banklar tərəfindən 11 milyard 789,8 milyon manat (azalma 4,5%) və ya bütün kreditlərin 79,8%-i həcmində kredit verilib. Qalan 404,7 milyon manat (artım 1,9%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2020-ci il iyunun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 9 milyard 928,5 milyon manat (azalma 0,7,8%) milli valyuta, 4 milyard 837,2 milyon manat (azalma 8,7%) xarici valyuta ilə verilib. Cari ilin iyun ayının əvvəlinə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 32,8% (2019-cu ilin sonuna 34,6%) təşkil edir.
2020-ci il iyunun 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 413,6 milyon manat (bütün kreditlərin 16,3%-i) ticarət və xidmət sahələrinin, 623,2 milyon manat (4,2%) energetika, kimya və təbii sərvətlər sektorunun, 582,9 milyon manat (3,9%) kənd təsərrüfatı və emal sahələrinin, 426,5 milyon manat (2,9%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 159,3 milyon manat (7,9%) sənaye və istehsal sektorunun, 961,9 milyon manat (6,5%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 575.3 milyon manat (44,5%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 5,8% azalıb.**
Ə.Məmmədov