Rusiya və diır ölkələrdən olan turistlər iyunun 27-dən sonra sərhədləri açdıqdan sonra Tunisə səfər edə biləcəklər. Bu barədə cümə günü Le Petit Journal məlumat verir.
“Tunis iyunun 27-də hava, dəniz vəquru sərhədlərini açır. Həmin gündən etibarən “yaşıl” və “narıncı” kimi təsnif edilən ölkələrdən əcnəbi turistlər bu ölkəyə səfər edə bilərlər”, - portal yazır.
Almaniya, İrlandiya, İtaliya, Tacikistan, bir çox Asiya dövlətlərinin daxil olduğu “yaşıl ölkələr”dən olan səyahətçilər məhdudiyyətsiz Tunisə daxil ola biləcəklər.
“Narıncı ölkələr”dən (Kanada, İspaniya, Fransa, Qazaxıstan, Azərbaycan və s.) olan turistlərə səfərdən 120 saat əvvəl əldə etdikləri koronavirusun olmaması haqqında arayış lazım olacaq.
Siyahılarda qeyd olunmayan ölkələr - Rusiya, ABŞ və s. “qırmızı” ölkələrin sırasına daxil olub. Həmin ölkələrdən Tunisə giriş qadağandır. **