2019-cu il ərzində“Bakı Metropoliteni” QSC-nin xalis zərəri 55 milyon 87,408 min manat təşkiledib, bu da 2018-ci ilin göztəricisindən 0,4% çoxdur.
Bu barədə QSC-nin saytında dərc olunan 2019-cu il ərzində“Bakı Metropoliteni”nin maliyə hesabatında qeyd olunur.
Maliyyə hesabatına əsasən, 2019-cu ildə“Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 68 milyon 917,361 min manat (artım 27,2%), dövlət büdcəsindən aldığı dotasiya 49,4 milyon manat (artım 1,2%) təşkil edib.
Hesabat ilində xərclər strukturunda daha çox vəsait əsas vasitələrin amortizasiyası - 95 milyon 829,306 min manat (artım 12,55%),işçi heyətinə ödənişlərin - 46 milyon 81,963 min manat (artım 4,3%) payına düşüb.
2019-cu ildə“Bakı Metropoliteni”nin aktivləri 1,8% - 2 milyard 451 milyon 754,255 min manatadək artıb. Həmçinin, 2020-ci ilin əvvəlinə cəmiyyətin uzunmüddətli aktivləri 2 milyard 393 milyon 269,365 min manata, qısamüddətli aktivləri – 58 milyon 484,89 min manata bərabərdir. Uzunmüddətli aktivlərin strukturunda əsas həcm torpaq, tikinti vəavadanlığın – 2 milyard 381 milyon 314,739 min manat (artım 2,9%) payına düşüb.
2019-cu ildə cəmiyyətin kapitalı 2 m ilyard 397 milyon 711,165 min manat həcmində qiymətləndirilir (artım 1,9%). Həmçinin, QSC-nin nizamnamə kapitalı 2 milyard 879 milyon 408,476 min manata bərabərdir (artım 3,6%).
2020-ci il yanvarın 1-nə cvəmiyyətin bölüşdürülməmiş ümumi zərəri 481 milyon 697,31 min manat həcmində qiymətləndirlir (artım12,9%).
2019-cu ildə cəmiyyətin öhdəlikləri 5,3% - 54 milyon 43,09 min manatadək azalıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür. 2010-cu ildə Bakı metrosunun mərhələli inkişafına dair 20 illik Dövlət Proqramı təsdiq edilib. Proqramda 2030-cu ilə qədər 53 yeni stansiyanın və 84,3 km uzunluğunda yeni xətlərin tikintisi nəzərdə tutulub.**
N.Abbasova