Azərbaycanda koronavirus infeksiyasına daha 521 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 15,89 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8,719 min nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib.
“6,978 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,646 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 461,861 mindir.**
N.Abbasova