Azərbaycanda koronavirus infeksiyasına daha 534 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 307 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 16,424 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9,026 min nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib.
“7,2 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,106 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 468,967 mindir.*
N.Abbasova