Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 29-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 29-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9114 manat/1EUR səviyyəsində müəyyən edilib.
AMB iyunun 29-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0243 manat/1RUB səviyyəsində müəyyən edib.*
Ə.Məmmədov