Bakı Kommersiya Məhkəməsində “Standard Insurance” sığorta şirkətinin müflis elan olunmasına dair işə baxılma tarixi iyulun əvvəlinə keçirilib. Bu barədə məhkəmənin elanında deyilir.
“İyulun 5-dək qüvvədə olan sərt karantin rejimi ilə əlaqədar “Standard Insurance” sığorta şirkətinin müflis elan olunmasına dair işə 6 iyun tarixində baxılacaq”, - deyə elanda bildirilir.
Daha əvvəl işə iyunun 23-də baxılmalı idi.
Azərbaycan Mərkəzi Bankı mayın 19-da kapital və ödəmə qabiliyyəti ilə bağlı problemlərlə üzləşmiş “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv edib.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərib. Şirkət icbari və könüllü sığortanın 28 növü üzrə xidmətlər təqdim edirdi.*
Ə.Məmmədov