"Bakı Metropoliteni" QSC "Transmaşholdinq" QSC-nin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsalı olan 81-765.B/766.B seriyalı 5 vaqondan ibarət 2 qatarı xəttə buraxıb.
“"Metrovaqonmaş” ilə bağlanmış müqavilə çərçivəsində 81-765.B/766.B seriyalı 4-cü nəsil 5 vaqondan ibarət 4 qatar Rusiyadan Bakıya gətirilib. Bu gün 2 qatar xəttə buraxılıb”, - deyə məlumatda bildirilir.
Cəmiyyətin məlumatına görə, hazırda digər iki qatarda sazlama işləri tamamlanmaq üzrədir və yaxın günlərdə qatarlar istismara veriləcək.
2019-cu ilin oktyabr ayında 81-765.4B/766.4B seriyalı 5 vaqondan ibarət 12 qatar üçün 60 vaqonun istehsalı haqqında müqavilə imzalanıb. Müqavilə 2020-2023-cü illəri əhatə edən dövrdə hər il 20 vaqonun istehsalını nəzərdə tutur.
Bu müqavilə nəzərə alınmaqla “Bakı Metropoliteni” QSC-nin balansında 4-cü nəsil vaqonların ümumi sayı 55-ə çatacaq.
"Metrovaqonmaş" şirkəti 1967-ci ildən "Bakı Metropoliteni" QSC-ni qatarlarla təmin edir. Hazırda "Bakı Metropoliteni"ndə bu şirkətin istehsalı olan 300-dən artıq vaqon istismardadır. 2018-2019-cu illərdə zavod "Bakı Metropoliteni"nə 81-765.B/766.B. seriyalı 5 vaqondan ibarət 8 qatar tədarük edib.*
N.Abbasova