Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edərək onu ad günü münasibətilə təbrik edib. Bu barədə prezidentin Mətbuat Xidməti məlumat verir.
“Prezident İlham Əliyev Türkmənistan prezidentini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkmənistanın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb”, - məlumatda qeyd olunur.
Söhbət zamanı Əliyev və Berdiməhəmmədov Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə ediblər, əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminlik bildiriblər. **
X.Nəsirzadə