Azərbaycanda koronavirus infeksiyasına daha 544 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 16,968 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9,369 min nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib.
“7,393 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,568 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 475,525 mindir.**
X.Nəsirzadə