2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidövlət büdcəsindən maliyuyələşdirmə çərçivəsində 322 milyon manat alıb.
Bu barədə AYDA-nın 2019-cu il ərzində maliyyə hesabatında qeyd olunur. Rəqəmlər agentliyin saytında dərc olunub.
2019-cu iləd AYDA 1 milyard 225 milyon 57 min 452,07 manat məbləğində işlər həyata keçirib.
Ötən il AYDA-nın əsas fəaliyyətindən gəlirləri ƏDV nəzərə alınmadan 1 milyard 85 milyon 690 min 103,9 manat, ƏDV 139 milyon 367 min 348,17 manat təşkil edib.
2019-cu ildə Agentliyin xərcləri 1 milyard 85 milyon 688 min 873,5 manat təşkil edib.
Eyni zamnada, xərclərin 58,03%-i və ya 629 milyon 995 min 565,66 manat xammal,mal-material, 69 milyon 817 min 590,7 manat işçilərin əmək haqqı (bütün xərclərin 6,43%-i), 15 milyon 735 min 608,4 manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalar (1,45%), 48 milyon 613 min 285,96 manat yanacaq xərclərinin payına düşüb (4,48%).
2019-cu ilin yekunları üzrə Agentliyin vergiöncəsi mənfəəti 1 min 230,4 manat, mənfəətdənvergi üzrə ödənişləri – 246,08 manat, xalis mənfəəti - 984,32 manat təşkil edib.
2019-cu ilin yekunları üzrə AYDA-nın nizamnamə kapitalı dəyişməyib və 713 milyon 105,315 min manat səviyyısində qalıb. **
Ə.Məmmədov