2019-cu ilin yekunları üzrə SOCAR-ın gəlirləri 83 mlrd. 752 mln. manat, xalis mənfəəti 651 mln. manat təşkil edib.
Bu barədə şirkətin 2019-cu il üçün birləşdirilmiş maliyyə hesabatında deyilir. SOCAR-ın 2019-cu üçün maliyyə fəaliyyətinin maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS) üzrə auditi “Ernst & Young” şirkəti tərəfindən aparılıb.
Ötən il SOCAR-ın gəlirləri 2018-ci illə müqayisədə 22,3%, xalis mənfəəti 46,8% azalıb.
Hesabat ilində satışların maya dəyəri 77 mlrd. 960 mln. manat (azalma 23,6%) təşkil edib.
Hesabat ilində şirkət əməliyyat fəaliyyətindən 2 mlrd. 584 mln. manat mənfəət (azalma 28,2%) əldə edib. Dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlər 677 mln. manat (azalma 32,1%) məbləğində olub.
2019-cu ildə SOCAR-ın aktivləri 5,2% - 65 mlrd. 375 mln. manatadək, uzunmüddətli aktivləri 7,8% - 46 mlrd. 208 mln. manatadək artıb, qısamüddətli aktivləri 0,6% - 19 mlrd. 167 mln. manatadək azalıb.
Qeyd olunan dövrdə neft şirkətinin kapitalı 1,6% - 24 mlrd. 328 mln. manatadək artıb. SOCAR-ın nizamnamə kapitalı 4 mlrd. 323 mln. manata (artım 4,2%) bərabərdir.
2019-cu ildə şirkətin öhdəlikləri 7,5% - 41 mlrd. 47 mln. manatadək artıb. Cari ilin əvvəlinə SOCAR-ın uzunmüddətli öhdəlikləri 23 mlrd. 764 mln. manat (artım 14,1%), cari öhdəlikləri 17 mlrd. 283 mln. manat (azalma 0,5%) təşkil edir.**
N.Abbasova