Azərbaycan 2020-ci ilin yanvar-may aylarında $721 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 8,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($123,1 milyon – artım 18,1%), çiyidli pambıq ($48,6 milyon – azalma 23,6%), qızıl ($64,7 milyon – artım 26,8%), təmizlənmiş fındıq ($51 milyon – azalma 17,7%), polipropilen ($31,9 milyon – azalma 5%), elektrik enerjisi ($41 milyon – azalma 21%), kartof ($23,2 milyon, аrtım 2,2%), polietilenin ($20,2 milyon – azalma 43%) payına düşüb.
Bu dövrdə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($271 milyon – artım 3,8%), Türkiyə ($144,3 milyon - azalma 20,2%), Gürcüstan ($70,5 milyon – azalma 8,3%), İsveçrə ($71,5 milyon – artım 35,1%) və Çin ($23,6 milyon – artım 67,3%) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 37,6%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycan $1 milyard 954 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 milyardı ötəcək.**
B.Rüstəmbəyov