Hazırda Covid-19 koronavirus nəticəsində turizm sənayesinin itkiləri $1,5 trilyon həcmində qiymətləndirilir. Bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili deyib.
Bu barədə Pololikaşvili çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə videokonfrans zamanı bildirib.
“Koronavirus səbəbindən turizm sahəsi böyük itkilər verib. Bu günə dünya turizm sahəsinin itkiləri $1,5 trilyon həcmində qiymətləndirilir”, - Pololikaşvili qeyd edib.
Öz növbəsində, Əliyev vurğulayıb ki, hazırda koronavirusa görə Azərbaycanın sərhədləri bağlıdır və nə zaman açılacağını söyləmək çətindir.
Dövlət başçısı əlavə edib ki, hazırki şəraitdə ölkədə turizmin dəstəklənməsinin əsas istiqamətlərindən biri daxili turizm ola bilər.
“Bütün dünyada turizm sektoru bərpa olunacaq, mən buna əminəm. Azərebaycan bu sahəyə sərmayələri davam etidrəcək, turizmin inkişafı üçün bütün zəruri amillərimiz var. Məqsədyönlü fəaliyyət, potensialın artırılması, bürokratik əngəllərin aradan qaldırılması, bizdə turizmin inkişafı üçün gündəmdə duran məsələlərdir”, - Əliyev deyib.
Prezident bildirib ki, pandemiya şəraitində Azərbaycan hökuməti turizm sahəsinə dəstək göstərib və gələcəkdə də göstərməyə davam edəcək. “Pandemiyadan əvvəl Azərbaycana turist axınında artım müşahidə etmişik. Həmçinin, Formula-1 yarışlarının Azərbaycanda keçirilməsi burada böyük rol oynayıb. İlk yarış keçirilən kimi dərhal Azərbaycana turist axınında artım gördük”, - o əlavə edib.
Əliyev qeyd edib ki, müxtəlif qiymətləndirmələrə əsasən, ötən illərdə əcnəbi turistlər Azərbaycanda illik $1,5-2 milyard xərcləyiblər, pandemiya şəraitində bu ölkə iqtisadiyyatının itkiləridir.
Prezident vurğulayıb ki, Azərbaycan postpandemiya dövründə turizm sahəsinin inkişafı məqsədilə UNWTO ilə fəal əməkdaşlıq etmək niyyətindədir. **
A.Əzizov