Azərbaycan prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin yeni ştat vahidini müəyyən edən fərman imzalayıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin say həddi 350 ştat vahidi, Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 110 ştat vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə) və regional bölmələrinin işçilərinin say həddi 260 ştat vahidi müəyyən edilib.
Öncə nazirliyin Aparatının işçilərinin say həddi 309 ştat vahidi, Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 55 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 852 ştat vahidi olub. **
Ə.Məmmədov