Çərşənbə axşamı Azərbaycan və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan videokonfrans formatında görüş keçirirlər. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
“Hazırda Azərbaycan və Ermənistanın xarici işlər nazirləriElmar Məımmədyarov və Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında görüş keçirilir”, - Abdullayeva Twitter-də yazıb.
O məlumat verib ki, görüşATƏT-in Minsk qrupunun hımsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilir. **
X.Nəsirzadə