Azərbaycanda koronavirus infeksiyasına daha 556 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 17524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib.
“7,596 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,645 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 482,17 mindir.*
B.Rüstəmbəyov