Dağıstanda Azərbaycan vətəndaşları üçün yaradılmış FHN-in məntəqəsinin fəaliyyət müddəti daha bir ay uzadılıb.
"Rusiya prezidenti Vladimir Putin və Dağıstan rəhbəri Vladimir Vasilyev arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Dağıstanda Azərbaycan vətəndaşlarının yerləşdirildiyi məntəqənin fəaliyyət müddəti ilə bağlı məsələ müzakirə edilib", - deyə Dağıstan rəhbərinin saytında məlumat verilir.
Videokonfrans çərçivəsində Vasilyev Rusiya prezidentindən Azərbaycanla sərhəddə məntəqənin fəaliyyətinin daha bir ay müddətinə təmin edilməsini xahiş edib.
"Rusiya prezidenti Vasilyevin xahişini qəbul edib", - deyə məlumatda bildirilir.*