Dənizkənarı Bulvar İdarəsi 2019-cu il üçün maliyyə hesabatlarının auditorunu müəyyən edib. Bu barədə Tender Komissiyasının məlumatında deyilir.
"Abak-az Crowe" MMC auditor seçilib.
Şirkət idarənin və onun tabeliyində olan 4 təşkilatın maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının auditini keçirəcək.
“Abak-az Crowe” MMC ilə 10 min manat dəyərində müqavilə bağlanıb.*
Ə.Məmmədov