"Sumqayıt Kimya Sənaye Parkı" (SKSP) MMC 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılmasına 22,274 min manat yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi tenderin qalibi «RSM Azerbaijan» MMC olub.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.*
Ə.Məmmədov