2019-cu ildə “AzerGold” QSC-nin xalis mənfəəti 2018-ci illə müqayisədə 54,8% - $12 milyon 446,144 minədək artıb.
Bu barədə cəmiyyətin 2019-cu ilin yekunları üzrə maliyyə hesabatında qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
Hesabata əsasən, 2019-cu ildə cəmiyyətin gəlirləri $86 milyon 168,368 min təşkil edib. (аrtım 47,6%). Həmçinin, 2019-cu ildə satışların maya dəyəri $55 milyon 707,114 min olub (аrtım 42,9%).
Bütövlükdə, 2019-cu il ərzində cəmiyyətin əməliyyat gəliri $18 milyon 858,199 min təşkil edib (аrtım 34,1%).
2019-cu ildə cəmiyyətin vergiöncəsi mənfəəti $15 milyon 92,212 min təşkil edib (аrtım 51,7%). Ötən il mənfəət vergisi üzrə ödənişləri $2 milyon 646,048 min olub (аrtım 38,7%).
2020-ci il yanvarın 1-nə cəmiyyətin aktivləri $110 milyon 188,611 min həcmində qiymətləndirilir (аrtım 0,5%). Həmçinin, QSC-nin uzunmüddətli aktivləri
$81 milyon 352,701 min, qısamüddətli - $28 milyon 835,91 min təşkil edib. Aktivlərin əsas hissəsi qeyri-maddi vasitələrin payına düşüb, onların həcmi $45 milyon 484,442 min təşkil edib (аzalma 26,6%).
2019-cu ilin sonuna ÜSC-nin kapitalı $27 milyon 571,988 min (artım 3 dəfə), səhmdar kapitalı - $7 milyon 178,953 min (artım 5,5 dəfə), bölüşdürülməmiş mənfəəti – $20 milyon 393,035 min (artım 2,6 dəfə) təşkil edib.
Hesabat dövrünün sonuna cəmiyyətin öhdəlikləri $82 mnilyon 616,623 min təşkil edib (аzаlma 18,6%).
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova