2020-ci il iyunun 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 436,3 milyon təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, bu ilin yanvar-iyun aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 2,8% artıb.
İyunda AMB-nin valyuta ehtiyatları 0,3% və ya $21,9 milyon artıb.
2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,2% artıb.**
N.Abbasova