2020-ci il iyunun 30-na Azərbaycanda pul bazasının həcmi 11 milyard 251,8 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
30 dekabr 2019-cu il tarixinə pul bazasının həcmi 12 milyard 152,5 milyon manat təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında pul bazası 7,4% azalıb.
İyun ayında pul bazası 330,6 milyon manat və ya 3% artıb.
2019-cu ildə Azərbaycanda pul bazası 27,3% artıb.**
Ə.Məmmədov