Lerik rayonunda3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə yerli mətbuat məlumat verir.
“Hadisə Bürsülüm kəndinə gedən dağ yolunda baş verib. "UAZ" markalı avtomobil 50-60 metr yüksəklikdən dərəyə aşıb”, - məlumatda qeyd olunur.
İlkin məlumata görə, hadisə yerində 3nəfər həlak olub, daha iki nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.**
X.Nəsirzadə