Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" sazişi təsdiq edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Saziş Azərbaycan və Türkiyə vətəndaşları üçün viza tələbinin 30 gündən 90 günə qaldırılmasını nəzərdə tutur.
2020-ci il fevralın 25-də Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclasın yekunları üzrə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş 14 sənəd imzalanıb. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”i imzalayıblar.**
X.Nəsirzadə