İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən kiçik və orta sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin həcmi 91 mln. manatdan artıq məbləğdə qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan”a fonddan məlumat verilir.
“Həmin kredilər üzrəfaiz subsidiyalarının hesablanmış məbləği 12,2 mln. manatdan artıq məbləğdənəzərdətutulub. Zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay təşkil edir, kreditlər üzrəsubsidiya hesabına borcalanlar tərəfindən ödəniləcək faizlərin həcmi isə 6%-ə enib. Koronavirus pandemiyasıilə bağlı yaranmış vəziyyətlə əlaqədar ötən müddət ərzində Fond tərəfindən sahibkarlıq kreditləri üzrə restrukturizasiya müraciətlərinə də baxılıb və bu günə müraciət edilən 6 sahibkarlıq krediti üzrə restrukturizasiya həyata keçirilib”, - Fonddan qeyd olunur.
“Mexanizmin təkmilləşdirilməsi sahəsində növbəti mərhələdə xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, habelə banklarla yanaşı digər maliyyə-kredit təşkilatlarının da (bank olmayan kredit təşkilatları, lizinq şirkətləri və s.) kredit zəmanət mexanizmindən faydalanması üçün məqsədyönlü işlər davam etdirilir.Bu tədbirlərin müvafiqdövlət qurumları və beynəlxalq maliyyə təşkilatları ilə birlikdə həyata keçirilməsi planlaşdırılır. Fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması üzrə işlər artıq tamamlanıb və elektron sistemin növbəti aydan tam istifadəyə verilməsi nəzərdə tutur. Avtomatlaşmanın tətbiqi kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətliaparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə zəmin yaradacaq”, - məlumatda deyilir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun elan olunmuş nizamnamə kapitalı 566 mln. manat təşkil edir.**
Ə.Məmmədov