2020-ci ilin birinci yarısında Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə $42,75 təşkil edib. Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“2020-ci ilin yanvar-iyun aylarında “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə $42,75 təşkil edib”, - Əhmədov qeyd edib.
O, həmçinin bildirib ki, 2019-cu ilin analoji dövrü ərzində Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barreli CIF şərtləri ilə $68 təşkil edib.
2019-cu ildə Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barreli CIF şərtləri ilə $66,79 təşkil edib.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur. Bu müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölünür.
Azərbaycanda hasil olunan neftin 2/3 hissəsi AÇG blokunun payına düşür.**
N.Abbasova