Azərbaycanda koronavirus infeksiyasına daha 572 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 18684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib.
“8,031 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,976 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 495,828 mindir.*
N.Abbasova