Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi avtomobillərin KASKO-sığortası üçün sığortaçı seçimi üzrə tender elan edib. Bu barədə agentliyin məlumatında deyilir.
Tenderdə iştirak haqqı 400 manatdır.
Təklif dəyərinin 1%-i həcmində bank təminatı ilə müşayiət olunan tender təklifləri 23 iyul 2020-ci il tarixinədək qəbul olunur.
Təklif zərfləri iyulun 24-də elektron formatda açılacaq.
Qalib müqavilənin bağlandığı gündən etibarən 1 il ərzində müvafiq xidmətləri göstərəcək.*
Ə.Məmmədov