“Azərpoçt” MMC ümumi dəyəri 322,791 min manat olan 3 müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, cəmiyyət bankomatların təmiri və proqram təminatı xidmətlərinin göstərilməsi üçün «Caspa Teknoloji Sanayi ve Ticaret» MMC-ni cəlb edib. Müqavilənin dəyəri 207,774 min manatdır.
“Xazar Auto” MMC ilə bağlanmış ikinci müqavilə 5 ədəd avtomobilin satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 104,25 min manatdır.
“Touchess” MMC ilə bağlanmış 10,767 min manat dəyərində üçüncü müqavilə 25 ədəd 3 təkərli velosipedin satın alınmasını nəzərdə tutur.*
X.Nəsirzadə