Azərbaycanda koronavirus infeksiyasına daha 583 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 19267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib.
Yoluxma hallarının 55,1%-i Bakının payına düşür.
“8,212 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,137 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 502,965 mindir.*
N.Abbasova