Azərbaycan hökuməti koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara əlavə maliyyə yardımının göstərilməsinə ehtiyac görmür. Bunu Azərbaycan prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
"Biz pandemiyanın ilk mərhələlərində biznesə iri dəstək paketi qəbul etdik. Onun bir sıra bəndləri indiyə qədər icra edilir. Bunlar vergi güzəştləri, sosial ayırmalar üzrə güzəştlər və s.-dir. Buna görə də biznesə dəstək üzrə əlavə tədbirlərin görülməsinə ehtiyac görmürük", - deyə Ş.Mövsümov bu gün keçirilən brifinqdə bildirib.
Qeyd edək ki, Azərbaycan hökuməti COVİD-19 pandemiyası ilə əlaqədar əhalinin və biznesin dəstəklənməsinə $2 milyarddan artıq vəsait yönəltməyi planlaşdırır.*
Ə.Məmmədov