İndiyədək Naxçıvan Muxtar Respublikasında 142 koronavirus COVİD-19-a yoluxma faktı qeydə alınıb, 11 nəfər vəfat edib. Bu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Bu günə qədər Naxçıvan Muxtar Respublikasında 142 koronavirus COVİD-19-a yoluxma faktı qeydə alınıb. Həmçinin, 126 nəfər sağalıb, 5 nəfər müalicə alır, 11 nəfər vəfat edib”, Bayramlı cümə günü brifinqdə bildirib.
O qeyd edib ki, indiyədək MR-da 9,29 min test aparılıb. **
X.Nəsirzadə