Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi üzrə Konsorsium ilk qaz nəqlinin 2021-ci ilin dekabr ayına qədər təxirə salmaq imkanına baxmayaraq ki, 2020-ci ilin IV rübündə ilk Azərbaycan qazının İtaliyaya nəqlinə dair öhdəliyini təsdiq edib.
“TAP layihəsinin 96%-dən çox tamamlanıb və biz hədəfimizi təsdiq edirik – Azərbaycandan ilk qazın 2020-ci ildə Avropaya nəql etməyi. Lakin şirkət bizdən asılı olmayan əlavə maneələrin meydana gəlməsi halında möhlət istəmək qərarına gəlib”, - TAP-ın xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov S&P Global Platts-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, reallaşdırılma zamanı layihə konsporsiumdan asılı olmayan bir neçə ciddi maneə - normativ əngəllər, çoxsaylı məhkəmə araşdırmaları ilə bağlı tikinti fəaliyyətinin dayandırılması, gözlənilməz geotexniki və təbiət hadisələri ilə üzləşib. Hazırda bunlara koronavirus pandemiyası əlavə olunub.
“TAP ilk qazın nəqlinə ilin sonuna başlamağa çalışacaq. Buna baxmayaraq, əgər pandemiyanın fəsadları qalarsa, o zaman TAP Avropa qanunlarına uyğun olaraq 2020-ci ildən sonra işi davam etdirmək icazəsinə malik olacaq. Qeyd etmək vacibdir ki, icazənin uzadılma üçün ərizənin təqdim olunması prosesi zaman tələb edə bilər və ilin sonunda ərizə təqdim etmək mümkün olmazdı”, - Veysəlov bildirib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. İxracın illik həcmi 10 mlrd. kubmetr təşkil edəcək.**
Ə.Məmmədov