Azərbaycanda koronavirus infeksiyasına daha 534 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 19801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib.
“8,269 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,846 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 509,811 mindir.*
B.Rüstəmbəyov