Bakıda “Sobsan” boya fabrikində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub”, - deyə məlumatda bildirilir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.*
B.Rüstəmbəyov