Azərbaycanda koronavirus infeksiyasına daha 523 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib.
“8,332 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,722 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 516,533 mindir.*
B.Rüstəmbəyov