Cari ilin iyun-iyul aylarında Azərbaycanda işsizlərə sosial yardım paketi 55 milyon manat ($32,3 milyon) təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Cari ilin aprel-may aylarında 600 min vətəndaşa sosial yardım paketi 229 milyon manat təşkil edib. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar hazırda Azərbaycanın 16 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. İyun-iyul aylarında vətəndaşlara sosial dəstək üçün büdcədən 55 milyon manat ayrılıb", - deyə S.Babayev AzTV telekanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, artıq 8 şəhər və rayon üzrə iyun ayı üçün 190 manat məbləğində sosial yardımın ödənilməsinə başlanılıb, qalan 8 şəhər və rayon üzrə ödənişlər isə gələn həftə ərzində həyata keçiriləcək.
Bu sosial yardım daha 287 min vətəndaşı əhatə edəcək.*
X.Nəsirzadə