Bazar günü Türkiyə yeni növ koronavirusla (COVID-19) mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib. Bu barədə “İnterfaks-Azərbaycan”a Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.
“İyulun 5-də Bakıya çatdırılan yardıma 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı daxildir”, - səfirliyin nümayəndəsi qeyd edib.
Həmçinin, bildirilib ki, bu yardımın koronavirusla mübarizədə Azərbaycan kömək edəcəyinə ümid edirlər.
İyulun 5-nə olan vəziyyətə görə, Azərbaycanda Covid-19-a yoluxanların sayı 20324 nəfər, sağalanların – 11742 nəfər, vəfat edənlərin – 250 nəfər təşkil edir. Hazırda 8,332 min nəfər xüsusi rejimli xəstəxanalardadır. **
X.Nəsirzadə