Bakı Nəqliyyat Agentliyi parklanma yerlərinin idarəedilməsi üzrə audit və məsləhətçi xidmətlərinə 2,1 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, BNA "Alpina Parking Consulting"MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri 2 milyon 124 min manatdır.
“Məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə auditi xidməti Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldankənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldankənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün tələb olunur”, - məlumatda qeyd olunur.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
N.Abbasova