“Bakı Telefon Rabitəsi” MMC GPON (Giqabit imkanlı passiv optik şəbəkə) texnologiyasının tətbiqi ilə mənzillərin telefonlaşdırılması, LTE (Simsiz Telefon Rabitəsi) tətbiqi ilə baza stansiyalarının quraşdırılması və şəbəkənin genişləndirilməsi məqsədilə iş və xidmətlərin satın alınması üçün şirkət seçir. Bu barədə MMC-nin elanında qeyd olunur .
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak haqqı - 2000 manatdır.
Tender təklifləri 6 avqust saat 17:00-dək qəbul olunur. Tender proseduru 7 avqust saat 11:00-da baş tutacaq.
GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
“Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri ərazisində dövlət, hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici və hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, videotelefon, internet, DATA, NGN xidmətləri, İP-TV, yüksək keyfiyyətli multimediya, CDMA və radio səsgücləndirici xidmətləri göstərir.**
N.Abbasova