2019-cu ilin yekunları üzrə «AtaHolding»in xalis mənfəəti 32 milyon 710,981 min manat (2018-ci ildə zərər 8 milyon 725,152 min manat) təşkil edib.
“AtaHolding”in birləşdirilmiş maliyyə hesabatına əsasən, 2019-cu ildə holdinqin əməliyyat zərəri 10 milyon 345,222 min manat (azalma 11,3%) təşkil edib. Lakin bu dövrdə holdinqin maliyyə gəliri 43 milyon 128,22 min manat (artım 14,3 dəfə) məbləğində olub ki, bu da ona ümumi mənfəətə çıxmağa imkan verib.
Ötən il “AtaHolding” aktivlərini 11,3% - 85 milyon 838,998 min manatadək azaldıb. Cari ilin əvvəlinə holdinqin öhdəlikləri 25 milyon 687,232 min manata (azalma 12,3%) bərabərdir.
1 yanvar 2020-ci il tarixinə holdinqin kapitalı 60 milyon 151,767 min manat (azalma 10,8%), nizamnamə kapitalı 40 milyon 71,816 min manat (azalma 49,9%) təşkil edir. 2019-cu ilin sonuna kapitalın strukturunda yığılmış mənfəət 2018-ci ilin sonuna olan 13 milyon 537 manat məbləğində zərərə qarşı 19 milyon 710,444 min manat təşkil edir.
“AtaHolding” MMC 1993-cü ildə yaradılıb. Hazırda holdinqin strukturuna maliyyə, sənaye, informasiya texnologiyaları, turizm, tikinti, energetika və qida sənayesi sahələrində fəaliyyət göstərən 10-dan çox törəmə şirkət daxildir.*
Ə.Məmmədov