Bu gün Dağıstanla quru sərhədi ilə 250 Azərbaycan vətəndaşı vətənə qayıdıb. Bu barədə Rusiya mətbuatı xəbər verir.
"Bu gün Azərbaycan vətəndaşlarından ibarət növbəti qrup - 250 nəfər Dərbənd rayonu ərazisindən vətənə yola düşüb. Onlar üçün Rusiya-Azərbaycan sərhədində xüsusi dəhliz yaradılıb", - deyə məlumatda bildirilir.
Dərbənd rayonunun Kullar kəndi yaxınlığında Azərbaycan vətəndaşları üçün yaradılmış müvəqqəti yerləşmə məntəqəsində və müvəqqəti düşərgədə hələ ki, 500-dən çox Azərbaycan vətəndaşı qalmaqdadır.*
X.Nəsirzadə