Müdafiə naziri general-polkovnik Zakir Həsənov çərşənbə günü ön xətt bölmələrində olub. Bu barədə nazirlikdən məlumat verilir.
“Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib”, - məlumatda qeyd olunur.
Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.
Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb. **
X.Nəsirzadə