“Bakı Telefon Rabitəsi” MMC LTE-modemlərin tədarükçüsünü seçir. Bu barədə MMC-dən məlumat verilir.
Seçim açıq tender üsulu ilə keçirilir və 3 min ədəd LTE-modem satınalmasını əhatə edir.
Tenderdə iştirak haqqı – 600 manatdır.
Tenerdə zəruri texniki və maliyyə imkanları olan şirkətlər iştirak edə bilər.
Tender təklifləri 10 avqust saat 17:00-dək qəbul olunur.
Tender proseduru 11 avqust saat 11:00- da baş tutacaq.
“Bakı Telefon Rabitəsi” MMC 1992-ci ildə yaradılıb və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir. Cəmiyyət Bakı şəhəri ərazisində dövlət, hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici və hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, videotelefon, internet, DATA, NGN xidmətləri, İP-TV, yüksək keyfiyyətli multimediya, CDMA və radio səsgücləndirici xidmətləri göstərir.**
N.Abbasova